Modern.az

Ceyhun Bayramov Özbəkistanın keçmiş XİN rəhbərinə ZƏNG ETDİ

Ceyhun Bayramov Özbəkistanın keçmiş XİN rəhbərinə ZƏNG ETDİ

Aktual

31 Dekabr 2022, 15:50

31 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan Respublikasının keçmiş xarici işlər naziri Vladimir Norov arasında telefon danışığı baş tutub.

 

XİN-dən Modern.az-a bildirilib ki, nazir Ceyhun Bayramov, Vladimir Norovun dost və qardaş Özbəkistanın xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini məmnunluqla vurğulayıb və qarşı tərəfə təşəkkürünü ifadə edib.

 

Nazir, Vladimir Norova yeni vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?