Modern.az

Koronavirusun yeni ştamı yayılır - ÜST-dən xəbərdarlıq

Koronavirusun yeni ştamı yayılır - ÜST-dən xəbərdarlıq

Aktual

5 Yanvar 2023, 09:20

Koronavirusun mutasiyaya uğramış yeni forması yayılır.

 

Modern.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib.

 

ÜST rəsmisinin sözlərinə görə, yeni “Omikron XBB.1.5” ştamı pandemiyanın növbəti dalğasına səbəb ola bilər:

 

“Yeni ştam artıq 29 ölkədə tapılıb. Biz onun artım tempindən narahatıq, xüsusən də Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində, burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”.

 

O qeyd edib ki, ahzırda ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?