Modern.az

27 yaşlı qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ

27 yaşlı qadın kimyəvi maddədən ZƏHƏRLƏNDİ

Aktual

5 Yanvar 2023, 10:28

Balakəndə 27 yaşlı qadın kimyəvi maddədən zəhərlənib.

 

Modern.az xəbər verir ki, rayonun Kortala kənd sakini, 1996-cı il təvəllüdlü Türkan İbiyeva zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı 27 yaşlı Türkan İbiyevanın kimyəvi maddədən zəhərləndiyi məlum olub.

 

Türkan İbiyevaya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?