Modern.az

Rüşvətə görə işdən çıxarılan DYP rəisinin yerinə TƏYİNAT

Rüşvətə görə işdən çıxarılan DYP rəisinin yerinə TƏYİNAT

Aktual

5 Yanvar 2023, 11:32

Xaçmaz Rayon Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

 

Əmrə əsasən, polis mayoru Füzuli Əsədov həmin şöbənin rəisi təyin olunub.

 

Qeyd edək ki, F.Əsədov bu təyinatadək Xızı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, Xaçmaz DYP-nin sabiq rəisi Elnur Quliyev rüşvət qalmaqalına görə işdən çıxarılmışdı. Yayılan görüntülərdə polis mayoru Elnur Quliyevin otaqda polis əməkdaşları ilə pul məsələlərini müzakirə etdiyi anlar əks olunmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?