Hava kütlələrinin qeyri-adi hərəkət trayektoriyası yaxın günlərdə Rusiyada anomal soyuğa səbəb olacaq.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
Onun sözlərinə görə, havaların kəskin soyuması ultra-qütb prosesi ilə əlaqəlidir:
"Mülayim enliklərdə hava kütlələri qərbdən şərqə doğru ötürülür, soyuq hava kütlələrinin müdaxiləsi, qütb müdaxiləsi zamanı ötürülmə şimaldan cənuba doğru baş verir. Lakin ultra-qütb prosesi tamamilə qeyri-adi hadisədir - bu zaman hava kütlələri şimal-şərqdən şimal-qərbə doğru hərəkət edir və əgər hava kütlələri antisiklona çevrilirsə, o zaman nəhəng anomaliyalar baş verir".
Proqnozlara əsasən, yaxın günlərdə Rusiyanın Avropa hissəsində 34-47 dərəcəyədək şaxtalar gözlənilir, Yakutiya, Maqadan və Çukotkada isə havanın temperaturu mənfi 48-53 dərəcəyə çatacaq.