Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Tacikistanla dostluq qrupunun sədri Aydın Mirzəzadə Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqalədə və səlahiyyətli səfiri Zohir Saidovla görüşüb.
Görüşdə Azərbaycan və Tacikistan parlament dostluq qruplarının əalqələrinin genişləndirilməsi, iki ölkə arasında hərtərəfli dostluq əlaqələrinin möhkəmlənməsi məsələlərini müzakirə edilib. Tərəflər iki dost ölkənin dostluq münasibətlərinin qədim tarixi olduğu, bu münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Modern.az