Modern.az

Ovçuluğa maraq bu regionlarda daha çoxdur - Xidmət rəisi

Ovçuluğa maraq bu regionlarda daha çoxdur - Xidmət rəisi

Aktual

6 Yanvar 2023, 12:32

"Ov fəaliyyətində daha çox cənub regionu, Muğan zonası maraqlıdır".

 

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, bu səbəbdən 3 saylı Regional İdarədə ov mövsümü ilə əlaqəli limitlər bitib:

 

"Lakin Qazax, Şəmkir, Gədəbəy, İsmayıllı regionlarında limit az da olsa ov mövsümü davam edir. Ov obyektlərindən asılı olaraq müəyyən limit daxilində ov həyata keçirilə bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?