Modern.az

Gənclərlə bağlı yeni layihə

Gənclərlə bağlı yeni layihə

Aktual

16 May 2013, 15:15

“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Turizmin inkişafı üçün gənclərin İKT bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.  

Layihənin məqsədi zəruri təbliğat və maarifləndirmə işləri aparmaqla, Azərbaycanın turizm potensialının həm ölkəmizdə, həm də ölkəmizdən xaricdə tanıdılması üçün region gənclərinin İKT bacarıqlarının artırılmasını stimullaşdırmaqdır.

Layihə Ağcabədi və Mingəçevir şəhərlərinin mərkəzində icra ediləcək. Hər bir regionda turizm potensialının İKT imkanları vasitəsilə gənclərə aşılanması məqsədi ilə yerli görüşlər, təlimlər və praktiki məşğələlər təşkil olunacaq. Onlar bələdiyyə və məktəblərdə keçiriləcək məlumatlandırıcı görüşlər vasitəsilə layihəyə cəlb olunacaqlar. Layihənin ünvanlandığı gənclər qrupunun layihənin həyata keçirilməsində əsas rolu iştirakçılıq, informasiya toplamaq, İKT bacarıqlarını inkişaf etdirmək və yaranacaq bazaların qorunmasıdır.

Layihənin davamlılığının təmin edilməsi üçün layihə çərçivəsində sosial şəbəkələrdə turizmlə bağlı səhifələr yaradılacaqdır.   

Hal hazırda Layihənin qarşısına qoyulan məqsədlərin və vəzifələrin effektiv həyata keçirilməsi üçün  hazırlıq işləri aparılır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı