Modern.az

Buzlaqların yarısı yox olacaq

Buzlaqların yarısı yox olacaq

Aktual

7 Yanvar 2023, 16:20

Dünyada buzlaqların yarısı əsrin sonunadək yox olacaq. Bu, hətta orta qlobal temperaturun artmasının 1,5 dərəcə Selsi aşağı salmağa nail olunduğu halda belə baş verəcək.

 

Modern.az-ın xəbərinə görə, “Science” elmi jurnalında dərc olunan məqalədə bildirilir ki, tədqiqatda Yer kürəsi səthində mövcud olan bütün buzlaqlar barədə məlumatlar nəzərə alınıb.

 

Alimlərin hesablamalarına görə, əgər orta qlobal temperatur hazırkı sürətlə artmaqda davam edərsə, o halda yüzilliyin sonunadək buzlaqların üçdə ikisi məhv olacaq.

 

Mərkəzi Avropa, Qərbi Kanada və ABŞ-da yerləşən və ölçüsü 1 kvadratkilometrdən kiçik olan buzlaqlar daha çox təhlükəyə məruz qalırlar. Dəyişikliklər artıq indidən nəzərə çarpır. Məsələn, Alp buzlaqlarının geri çəkilməsi bir neçə onillikdir ki, davam edir və hazırda proses sürətlənir.

 

Buzlaqların əriməsi qlobal istiləşmənin ən təhlükəli fəsadlarından birinin yaranmasına - dəniz səviyyəsinin artmasına səbəb olacaq. Bu, öz növbəsində, bütün dünya üzrə xeyli sahilboyu ərazilərin, eləcə də bir sıra ada dövlətlərinin ərazilərinin su altında qalması ilə nəticələnəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?