Modern.az

Laçın yolundakı aksiyada SON VƏZİYYƏT

Laçın yolundakı aksiyada SON VƏZİYYƏT

Aktual

8 Yanvar 2023, 00:26

Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya gecə saatlarında da yüksək əhval-ruhiyyədə davam edir.

 

Modern.az xəbər verir ki, aksiya iştirakçıları yeni şüarlar səsləndirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər.

 

Aksiya iştirakçıları fəaliyyətlərini aktiv şəkildə davam etdirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

 

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edən aksiya artıq 28 gündür davam edir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?