Modern.az

Sığınacağa yerləşdirilənlərin sayı - 11 nəfəri qadındır

Sığınacağa yerləşdirilənlərin sayı - 11 nəfəri qadındır

Aktual

9 Yanvar 2023, 13:08

Bu il ərzində 4 nəfər Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə müraciət edib.

 

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib. 

 

"Müəssisənin ”Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə”sinə 2023-cü ilin əvvəlindən bu günədək 4 nəfər müraciət edib. Hazırda müəssisənin müvafiq şöbəsində 39 nəfəri kişi, 11 nəfəri qadın olmaqla 50 şəxsə xidmət göstərilir. 

 

Müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində isə hazırda 26 uşaq dövlət qayğısı ilə əhatə olunur. 

 

Müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar və bu müddətdə də sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında 3(üç) dəfə yemək, 2 (iki) dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər", - deyə qurum rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyət göstərir. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?