Modern.az

Sumqayıtda ev, Mingəçevirdə maşın yandı

Sumqayıtda ev, Mingəçevirdə maşın yandı

Aktual

9 Yanvar 2023, 13:40

Sumqayıt şəhərinin Corat qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

 

Modern.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Mingəçevir şəhərində isə "QAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri qismən yanıb. Avtomobil yanğından mühafizə olunub.

 

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!