Bu gün səhər saatlarında Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq həlak olub.
Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov və 36 yaşlı Faiq İsgəndərovdur.
Polis əməkdaşları yanvarın 8-dən 9-na keçən gecə kirayə yaşadıqları mənzildə dəm qazından boğulublar.
Modern.az həlak olan polislərin fotosunu təqdim edir.
