Modern.az

Bəxtiyar Hacıyev ev dustaqlığına BURAXILMADI

Bəxtiyar Hacıyev ev dustaqlığına BURAXILMADI

Aktual

9 Yanvar 2023, 17:28

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilərək həbs edilən Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılmaması illə bağlı qərardan verilmiş şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

 

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!