Modern.az

ATƏT-in yeni sədri Azərbaycana GƏLİR

ATƏT-in yeni sədri Azərbaycana GƏLİR

Aktual

11 Yanvar 2023, 09:38

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ayrı-ayrılıqda telefon danışığı olub. 

 

Modern.az xəbər verir ki, danışıqlar zamanı Cənubi Qafqazda və xüsusilə Laçın dəhlizindəki vəziyyət müzakirə edilib.

 

Osmani Laçın dəhlizi ətrafında vəziyyəti diqqətlə izlədiyini bildirib. O, bütün tərəfləri gərginliyi azaltmağa, konstruktiv və səmərəli dialoqa başlamağa çağırıb.

 

ATƏT-in fəaliyyətdə olan sədri Osmani gərginliyin azaldılmasına kömək etmək və davamlı sülh istiqamətində səylərə töhfə vermək üçün şəxsi iştiraka hazır olduğunu bəyan edib. O, yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcəyini açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?