Modern.az

Yaşayış binasında köməksiz qalan şəxslər xilas olundu - VİDEO

Yaşayış binasında köməksiz qalan şəxslər xilas olundu - VİDEO

Aktual

11 Yanvar 2023, 09:50

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onaltımərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?