Modern.az

Himnə hörmətsizlik edən tiktoker ÜZR İSTƏDİ

Himnə hörmətsizlik edən tiktoker ÜZR İSTƏDİ

Aktual

11 Yanvar 2023, 10:50

Azərbaycan Dövlət Himninə qarşı hörmətsizlik edən “TikTok”erin görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, Ləman adlı istifadəçi himnin sözlərini təhrif edərək başqa şəxsə qarşı alçaldıcı ifadələr işlədib.

 

Onun bu davranışı digər istifadəçilər tərəfindən tənqidlə qarşılanıb.

 

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, vətəndaş müəyyən edilərək polis orqanına dəvət edilib:

 

"Onunla profilaktik icraat işi aparılıb. Xanım əməlindən səmimi peşmanlığını ifadə edərək, üzrxahlıq edib, səhifələrindən paylaşımı silib".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?