Modern.az

Baş nazirdən ekspertiza ilə bağlı QƏRAR

Baş nazirdən ekspertiza ilə bağlı QƏRAR

Aktual

11 Yanvar 2023, 12:40

Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi Qaydası”nı təsdiq edib.

 

Modern.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

 

Yeni qayda dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi qaydasını və bu məqsədlə dövlət ekoloji ekspertiza haqqının məbləğini müəyyən edir.

 

Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi dövlət sifarişi olduğu hallarda dövlət büdcəsi, digər hallarda isə sənədlərin sifarişçisinin vəsaiti hesabına həyata keçirilir.

 

Dövlət ekoloji ekspertizasının obyektlərinə münasibətdə bu Qaydada nəzərdə tutulan ekspertiza haqqı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən hesablanır və tətbiq edilir.

 

Dövlət ekoloji ekspertizasının obyektləri üzrə layihə sənədlərinin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi üçün əsasdır

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?