Modern.az

Prokurorluqda 9 qadın rəhbər vəzifələrdə çalışır

Prokurorluqda 9 qadın rəhbər vəzifələrdə çalışır

Aktual

11 Yanvar 2023, 12:58

Prokurorluq orqanlarında 85 qadın əməkdaş çalışır.

 

Modern.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində deyib.

 

K.Əliyev bildirib ki, onlardan 56-sı 2002-2019-cu illər ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 29-u isə 2020-2022-ci illər ərzində keçirilmiş müsabiqələr nəticəsində işə qəbul olunub.

 

"Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 8,7 faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 9 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1 şöbə rəisi, 1 Bakı şəhər prokurorunun böyük köməkçisi, 2 rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir", - Baş prokuror vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?