Modern.az

Yanan binadan sakinlər təxliyə edildi - FOTOLAR

Yanan binadan sakinlər təxliyə edildi - FOTOLAR

Aktual

11 Yanvar 2023, 13:10

Abşeron rayonunun Məmmədli kəndində yaşayış binasında yanğınla əlaqədar polis təhlükəsizlik tədbirləri görür.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, sakinlərin təxliyəsi aidiyyəti dövlət qurumunun əməkdaşları ilə birgə təmin edilib, polis əməkdaşları tərəfindən vətəndaşların şəxsi əmlakı mühafizəyə götürülüb.

 

Xatırladaq ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən yeddimərtəbəli yaşayış binasındakı yanğın məhdudlaşdırılıb.

 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Yanğınla mübarizə tədbirlərinə Fövqəladə Hallar Nazirliyinin ümumilikdə 25-ə yaxın texnika və 130 nəfərə yaxın canlı qüvvəsi cəlb olunub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?