2002-2022-ci illərdə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə 1151 nəfər qəbul edilib.
Modern.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində məlumat verib.
K.Əliyev bildirib ki, hazırda onlardan 977 nəfəri prokurorluq orqanlarında çalışır.