Modern.az

Britaniya şirkətlərinin Qarabağda layihələrdə iştirakı müzakirə olundu

Britaniya şirkətlərinin Qarabağda layihələrdə iştirakı müzakirə olundu

Aktual

11 Yanvar 2023, 13:55

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə nazir məlumat verib.

 

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!