Modern.az

Nazir baş redaktorun oğlu ilə bağlı əmr İMZALADI

Nazir baş redaktorun oğlu ilə bağlı əmr İMZALADI

Aktual

11 Yanvar 2023, 15:46

Daxili işlər naziri Vilayət Eyvazov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsinin müvəqqəti icrası ilə bağlı əmr imzalayıb.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin əmri ilə rəis vəzifəsi bölmənin rəis müavini, polis mayoru Sahil Quliyevə həvalə edilib.

 

Qeyd edək ki, Sahil Quliyev “Bakı Xəbər” qəzetinin baş redaktoru, jurnalist Aydın Quliyevin oğludur.

 

Xatırladaq ki, 14-cü PB-nin rəisi, polis polkovnik-leytenantı Tural Məşədiyev iki gün əvvəl işdən çıxarılıb və sərəncama götürülüb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?