Modern.az

Əlaqələri daha da genişləndirəcəyik - İsrail səfiri

Əlaqələri daha da genişləndirəcəyik - İsrail səfiri

Aktual

11 Yanvar 2023, 16:24

İsrailin Bakıdakı səfiri Corc Dik Muxtar Məmmədovu Azərbaycanın İsraildəki səfiri təyin olunması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, diplomat bu barədə tviter hesabında yazıb.

 

“Səfirliyinizin açılışını və orada işinizin başlamasını səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik”, - israilli diplomat bildirib.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib.

İsraildəki ilk səfirimizin DOSYESİ
Bu xəbər ilə bağlı
İsraildəki ilk səfirimizin DOSYESİ
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!