Modern.az

Sərhəddə əməliyyat - Gürcüstandan gələn iki nəfər tutuldu

Sərhəddə əməliyyat - Gürcüstandan gələn iki nəfər tutuldu

Aktual

12 Yanvar 2023, 11:31

Yanvar ayının 11-də saat 22:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

 

Bu barədə Modern.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Araşdırma zamanı saxlanılan şəxslərin 1995-ci il təvəllüdlü Ağstafa rayon sakini Abdullayev Məqsəd Vidadi oğlu və Yevlax rayon sakini Dərviş İsmayıl Qnyaz oğlu olmaları müəyyən edilib.

 

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!