Modern.az

Qızı Tofiq Yaqublu ilə görüşüb

Qızı Tofiq Yaqublu ilə görüşüb

Aktual

12 Yanvar 2023, 13:40

Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi xəstəxanada atası ilə görüşüb.

 

Modern.az xəbər verir ki, o, atasının aclıq aksiyasını davam etdirmək niyyətində olduğunu bildirib:

 

“Durumu sabit ağır olaraq qalır. Bildirdi ki, sistem köçürməyə icazə verməyəcək və aclığı davam etdirəcək”.

 

N.Həzi həkim Adil Qeybullanın yenidən Tofiq Yaqublu ilə görüşdüyünü deyib.

 

Qeyd edək ki, Tofiq Yaqublu dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xuliqanlıq) əsasında Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!