Modern.az

10 gündə ən aşağı temperatur Qubada qeydə alınıb

10 gündə ən aşağı temperatur Qubada qeydə alınıb

Aktual

12 Yanvar 2023, 16:22

Respublikanın əksər bölgələrində yanvarın birinci ongünlüyündə hava şəraiti əsasən yağıntılı keçib. Havanın dekadalıq orta temperaturu çoxillik iqlim normasından 1-2º yüksək, ötən ilin göstəriciləri ilə müqayisədə isə 1-3º aşağı olması ilə səciyyələnib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 6,1º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Lənkəran-Astara, Mil-Muğan və Mərkəzi Aranda 4-5º, Şəki-Zaqatalada 3-4º, Qazax-Tovuzda 0.5-4º, Qubada 2º, Dağlıq Şirvan bölgəsində 1-2º isti qeydə alınıb.

 

Havanın minimum temperaturu Qubada 11º, Naxçıvan və İsmayıllıda 9º, Gədəbəy və Şamaxı 8º, Şəki və Ceyrançöldə 4º, Zərdab, Tərtər və Zaqatalada 3º, Göyçay, Lənkəran, Gəncə və Tovuzda 2º şaxta, Maştağada 0º təşkil edib.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?