Modern.az

Səhiyyə nazirindən direktor və baş həkim TƏYİNATI

Səhiyyə nazirindən direktor və baş həkim TƏYİNATI

Aktual

13 Yanvar 2023, 10:04

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub.

 

Modern.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev bununla bağlı müvafiq əmrlər imzalayıb.

 

Əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova direktor vəzifəsinə təyin edilib.

 

Nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ərdoğan açıqladı: Bakıya gedirəm! Nələr olacaq?