Modern.az

Şəhid ailəsinə verilən təqaüd 600 manata QALDIRILDI

Şəhid ailəsinə verilən təqaüd 600 manata QALDIRILDI

Aktual

13 Yanvar 2023, 10:38

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırılıb.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

 

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

 

İndiyədək bu məbləğ 500 manat idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır