Modern.az

Təmir sexindən maşın qaçıran şəxs tapıldı

Təmir sexindən maşın qaçıran şəxs tapıldı

Aktual

13 Yanvar 2023, 11:20

Binəqədi rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin birinin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şəmkir rayon sakini Eldar Nağıyev Gəncə şəhəri ərazisində avtomobillə birgə saxlanılıb.

 

O, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!