Modern.az

Xəzərin sahillərində suitilərin ölüm səbəbi araşdırılır

Xəzərin sahillərində suitilərin ölüm səbəbi araşdırılır

Aktual

13 Yanvar 2023, 11:28

Xəzər dənizinin şimal sahillərində suitilərin ölməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin götürdüyü laborator nümunələrin cavablarının əldə olunması üçün müəyyən vaxt lazımdır:

 

"Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlmişdi və bir qismi isə Azərbaycan sahillərində aşkar edilib. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək. Qeyd etmək istəyirəm ki, burada hər hansı brokonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi. Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?