Modern.az

Qəbiristanlıqdan oğurluq edildi - VİDEO

Qəbiristanlıqdan oğurluq edildi - VİDEO

Aktual

13 Yanvar 2023, 12:46

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.

 

Araşdırmalarla onların daha üç məzardan 2500 manat dəyərində dəmir barmaqlıqlar oğurlamaları da müəyyən olunub. Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?