Modern.az

Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçdi

Sülhməramlılara aid 10 maşın Laçın yolundan maneəsiz keçdi

Aktual

13 Yanvar 2023, 14:18

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus daha 10 avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

 

Modern.az xəbər verir ki, 10 yük maşını və hərbi texnikadan ibarət karvan Xankəndidən Laçına keçid edib.

 

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

 

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 33 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?