Modern.az

İki yaşlı uşağı oğurlayan qadına 2 il həbs verildi

İki yaşlı uşağı oğurlayan qadına 2 il həbs verildi

Aktual

13 Yanvar 2023, 14:44

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilən Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə G.Muradova 2 il azadlıqdan məhrum edilib.

 

İttihama əsasən 2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisədən sonra Məhəmməd da daxil olmaqla, bu ailənin övladları dövlət qurumlarının qərarıyla sığınacağa yerləşdirilib.


Hadisəni törətməkdə şübhəli bilinən G. Muradova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham elan edilib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?