Modern.az

2022-ci ilin dissertasiya müdafiələrinin sayı açıqlandı

2022-ci ilin dissertasiya müdafiələrinin sayı açıqlandı

Aktual

13 Yanvar 2023, 15:28

Ötən il dissertasiya şuralarında keçirilmiş dissertasiya müdafiələrinin sayı açıqlanıb.

 

Bu barədə Modern.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından xəbər verilib.

 

Bildirilib ki, 2022-ci il ərzində ümumilikdə 749 disertasiya müdafiəsi olub. Onlardan 637-si fəlsəfə doktoru, 112-si isə elmlər doktoru üzrədir.

 

Ən çox müdafiə filologiya elmləri üzrə olub (158), sosiologiya elmi üzrə isə dissertasiya müdafiə edən olmayıb. Müdafiələrin 354-ü elmi müəssisələrdə, 395-i isə ali təhsil müəssisələrində keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?