Modern.az

Hacıqabul rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib - FOTOLAR

Hacıqabul rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib - FOTOLAR

Aktual

13 Yanvar 2023, 15:00

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 13 yanvar 2023-cü il tarixində Hacıqabul rayonunda dövlət qulluqçularının iştirakı ilə  “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

 

Dəyirmi masanı giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov 20 yanvar faciəsinin  xalqımızın qəhrəmanlıq tarixində  mühüm rol oynadığını bildirdi, bu faciəli hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hüquqi və siyasi qiymət verildiyini qeyd etdi. Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək 20 yanvar şəhidlərinin xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim əziz tutulduğunu, 20 yanvar faciəsi zamanı  şəhid olmuş şəxslərin ailə üzvlərinin  eləcə də əlil olmuş şəxslərin sosial problemlərinin dövlət tərəfindən diqqətlə araşdırılıb onlara qayğı göstərildiyini vurğulayıb.

 

Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Natiq Mustafayev 33 il əvvəl baş vermiş faciəli hadisələr barədə geniş  məlumat verərək zaman-zaman xalqımızın azadlıq uğrunda mübarizədə faciələrlə qarşılaşdığını qeyd edib.

 

Bütün bunlara baxmayaraq 2020-ci  ildə baş vermiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük sərkərdəlik bacarığı sayəsində xalqımızın düşmən üzərində qazanılmış zəfərin möhtəşəm sevincini yaşadığını, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına nail olunduğunu bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?