Azərbaycan təmsilçisi Fərid Məmmədovun İsveçdə keçirilən “Eurovision 2013” mahnı müsabiqəsində ikinci yer qazanması qardaş Türkiyədə də böyük sevinclə qarşılanıb. Təmsilçimizin uğuru Türkiyə populyar qəzetlərinin bu günkü nömrəsində, televiziya və radio proqramlarında geniş əks olunub.
Xüsusən də Fərid Məmmədovun əlində Türkiyə bayrağını tutması qardaş ölkədə günün hadisəsinə çevrilib.Qeyd edək ki, təmsilçimiz Fərid Məmmədov sveçin Malmö şəhərində keçirilən “Eurovision 2013” mahnı müsabiqəsinin final mərhələsində 234 xalla 2-ci olub. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus "Hold me" mahnısını səsləndirib.
Modern.az