Modern.az

Azərbaycan səfiri Qazaxıstan naziri ilə görüşdü 

Azərbaycan səfiri Qazaxıstan naziri ilə görüşdü 

Aktual

14 Yanvar 2023, 00:30

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin daxili işlər naziri Marat Axmetjanov ilə görüşüb.

 

Modern.as xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində məlumat verib.

 

“Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə dair səmimi görüşə və məhsuldar müzakirəyə görə daxili işlər naziri Marat Axmetjanova təşəkkür edirəm. Biz hüquq-mühafizə orqanları və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi apardıq”, - deyə diplomat bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır