Modern.az

Keçmiş məhkum yenidən həbsə qayıdır

Keçmiş məhkum yenidən həbsə qayıdır

Aktual

14 Yanvar 2023, 09:00

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev saxlanılıb.

 

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.

 

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?