Modern.az

Dünyanın ən təhlükəsiz hava yolları şirkətləri - SİYAHI

Dünyanın ən təhlükəsiz hava yolları şirkətləri - SİYAHI

Aktual

14 Yanvar 2023, 09:56

Dünyanın 20 ən təhlükəsiz hava yolları şirkətinin reytinq siyahısı tərtib edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu məqsədlə 385 aviaşirkət təhlil edilib.

 

Beləliklə, dünyanın ən təhlükəsiz hava yolları şirkəti Avstraliyanın “Qantas” şirkəti seçilib.

 

İkinci yerə Yeni Zelandiyanın “Air New Zeland” şirkəti, üçüncü yerə isə Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkəti layiq görülüb.

 

Ən təhlükəsiz aviaşirkətlər arasında “Qatar Airways”, “Emirates”, “Singapore Airlines”, “Lufthansa”, “Finnair”, “British Airways” şirkətlərinin adları var.

 

Reytinq tərtib edilərkən ölümlə nəticələnən qəzalar, gəlirlilik, təhlükəsizlik, pilotların hazırlığının səviyyəsi, şirkətin hava gəmisinin fəaliyyət müddəti nəzərə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?