Modern.az

Ötən gün külli miqdarda narkotik aşkarlanıb

Ötən gün külli miqdarda narkotik aşkarlanıb

Aktual

14 Yanvar 2023, 10:50

Polis əməkdaşlarının yanvarın 13-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Belə ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitənin 12 kiloqram 73 qramı heroin, 11 kiloqram 29 qramı marixuana, 740 qramı tiryək, 100 qramdan artığı isə metamfetam olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?