Modern.az

Rusiya Kiyevi “İskəndər”lə VURDU

Rusiya Kiyevi “İskəndər”lə VURDU

Aktual

14 Yanvar 2023, 12:10

Ukraynanın paytaxtı Kiyevdə güclü partlayışlar olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib. Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna paytaxtına raket zərbələri endirib.

 

Ukrayna Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücumlar "İskəndər" raketləri ilə həyata keçirilib.

 

Raket hücumlarından sonra ərazidə hava hücumu xəbərdarlığı elan olunub. Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

 

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, raketlərdən biri strateji infrastruktura dəyib.

 

Kiyev şəhər meri Vitali Kliçko isə teleqram səhifəsində partlayışın Dnepr rayonu ərazisində baş verdiyini açıqlayıb.

 

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?