Modern.az

Naxçıvan sakinlərinin müraciətləri dinlənildi

Naxçıvan sakinlərinin müraciətləri dinlənildi

Aktual

14 Yanvar 2023, 12:55

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Babək şəhərində və Nehrəm qəsəbəsində sakinlərlə görüşüb, onların müraciətləri dinləyib.

 

Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşlər yanvarın 11-də başlayıb və üç gün davam edib.

 

Görüşlər ümumilikdə 113 rayon sakininin müraciətinə baxılıb. Yerində həll edilməsi mümkün olan müraciətlər təmin edilib. Belə ki, 5 nəfərin işlə təmin edilməsi, 9 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb.

 

Bununla yanaşı, 3 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilməsi, 5 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədi ilə müvafiq sənədlərin Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub. Ümumilikdə 24 nəfərin müraciəti yerində təmin edilib. Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?