Modern.az

Yeni qanun geniş islahatlar paketində mühüm yer tutacaq

Yeni qanun geniş islahatlar paketində mühüm yer tutacaq

Aktual

14 Yanvar 2023, 17:20

“Siyasi partiyalar haqqında” qanun Azərbaycanın yeni idarəçilik və siyasi münasibətlər sistemi üçün zəruri idi. Buna qədər qüvvədə olan qanun 1992-ci il 3 iyun tarixində qəbul olunmuşdu. Siyasi partiyaların ilkin yarandığı dönəmdə qəbul edilən qanun bugünkü Azərbaycan reallıqları ilə uyğunluq təşkil etmirdi. Son vaxtlar Prezident İlham Əliyev tərəfindən aparılan köklü siyasi islahatlar nəticəsində formalaşan yeni siyasi sistemdə sözügedən qanunun dəyişdirilməsinə, yenidən hazırlanmasına ciddi ehtiyac var idi. 


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

 

Deputat vurğulayıb ki, “Siyasi partiyalar haqqında” qanun yeni dövrə uyğunlaşdırılmaqla yanaşı, həm də bir çox parametrləri ilə mütərəqqi xarakter daşıyır: "Əvvəla bu qanunun hazırlanmasında beynəlxalq təcrübədən istifadə edilmiş, müvafiq beynəlxalq təşkilatların tövsiyyələri nəzərə alınmışdı. Eyni zamanda sözügedən qanun geniş ictimai müzakirə baxımdan da diqqət çəkdi. Müzakirələr zamanı ölkədə faliyyət göstərən, qeydiyyatdan keçmiş bütün siyasi partiyalar bu müzakirələrdə iştirak etmiş, həmçinin onların təkliflərinin bir çoxu qanunda öz əksini tapmışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında yerləşdirilmişdir ki, bu da müzakirələrin demokratikliyini və mütərəqqiliyini təsdiq edir".


Deputat sonda qeyd edib ki, yeni qanunda əks olunan müddəalar siyasi partiyaların daha mükəmməl əsaslar üzərində formalaşmasına şərait yaradacaq ki, bu da bütövlükdə ölkənin siyasi sisteminin möhkəmlənməsinə imkan verəcək. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və regionun lider dövləti olmaqla milli birlik yaradan Azərbaycan Prezidentinin başladığı geniş islahatlar paketində bu qanun mühüm yer tutacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?