Modern.az

Almaniya Ukraynaya hərbi yardım göndərdi

Almaniya Ukraynaya hərbi yardım göndərdi

Aktual

15 Yanvar 2023, 08:17

Almaniya Ukraynaya növbəti hərbi yardımını təhvil verib. 

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Hökuməti məlumat yayıb.

 

Hərbi yardıma dörd mina təmizləmə tankı, 4 mobil və təhlükəsiz minatəmizləmə sistemi, sərhəd mühafizəsi üçün 10 avtomobil, 120 mobil istilik sistemi daxildir.

 

Məlumata görə, yaxın vaxtlarda Ukraynaya sursatla birlikdə 40 “Marder” piyada döyüş maşını, raketlərlə birlikdə “Patriot” və 100 min ilkin tibbi yardım dəsti verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Almaniya hökuməti 2022-ci il fevralın 24-dən bəri Ukraynaya 12 milyard avrodan çox hərbi yardım edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?