Modern.az

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi

Rusiya sülhməramlılarının maşınları Laçın yolundan keçdi

Aktual

21 Yanvar 2023, 10:51

Yanvarın 21-də Laçın-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb.

Modern.az xəbər verir ki, Rusiya hərbçilərinə məxsus daha 4 maşın Xankəndidən Laçın istiqamətində keçid edib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

Xatırladaq ki, azərbaycanlı ekofəalların Laçın yolundakı aksiyası 41 gündür davam edir. Aksiya dekabrın 12-də başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir