Modern.az

Türkiyədə Ukrayna ilə bağlı mühüm tədbir keçiriləcək

Türkiyədə Ukrayna ilə bağlı mühüm tədbir keçiriləcək

Aktual

24 Yanvar 2023, 08:44

Avropa İttifaqı fevralın 22-də İstanbulda Ukrayna ilə bağlı forum keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Türkiyədəki nümayəndə heyətinin rəhbəri Nikolaus Meyer-Landrut bildirib.

 

Onun sözlərinə görə, tədbirə Ukrayna hökumətinin nümayəndəsinin dəvət edilməsi nəzərdə tutulur. Digər iştirakçılar, eləcə də Türkiyənin təmsilçilik səviyyəsi ilə bağlı diplomat məlumat verməyib.

 

“Görüş Avropa İttifaqı tərəfindən Ukraynaya dəstək elan etmək üçün fürsət ola bilər”, - deyə nümayəndə heyətinin rəhbəri qeyd edib. 

 

Hələlik forumla bağlı digər detallar məlum deyil.

Sizə yeni x var
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir