Modern.az

Borca görə axtarılan 109 nəfər tutuldu

Borca görə axtarılan 109 nəfər tutuldu

Aktual

31 Yanvar 2023, 10:28

Yanvarın 30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 138, o cümlədən borclu şəxs kimi axtarılan 109 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı