Modern.az

Səfirliyə hücumu qətiyyətlə pisləyirəm – İrlandiyalı deputat

Səfirliyə hücumu qətiyyətlə pisləyirəm – İrlandiyalı deputat

Aktual

1 Fevral 2023, 10:40

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumun səbəbkarları məsuliyyətə cəlb edilməli, bu hadisə qəti şəkildə pislənməlidir.

 

Modern.az xəbər verir ki, bunu İrlandiya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Çarli Flanaqan deyib.

 

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum qəti şəkildə pislənməlidir. Həlak olmuş mühafizəçinin ailəsinə başsağlığı verirəm. Cinayəti törədənlər məsuliyyətə cəlb edilməlidir. Vyana Konvensiyasına görə, diplomatların və diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi öhdəliyi onların yerləşdiyi ölkənin üzərinə düşür”, - irlandiyalı parlamentari bildirib.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı