Modern.az

Qripdən tez sağalmağın ən təsirli yolu

Qripdən tez sağalmağın ən təsirli yolu

Aktual

3 Fevral 2023, 08:00

"Soyuqdəymə və qripin əlamətlərini daha ciddi şəkil almadan hiss etsəniz, dərhal antivirus preparatları qəbul etmək lazımdır. Bu, xəstəliyin müalicəsini tezləşdirir. İndiki qriplə bacarmaq üçün müasir antivirus preparatlarını vaxtında içmək lazımdır".

 

Modern.az xəbər verir ki, bunu rusiyalı pulmonoloq Oleq Abakumov deyib. Onun sözlərinə görə, əgər xəstəliyin ilk dəqiqələrində hələ qızdırma qalxmadan antivirus preparatları içilsə, qızdırma çox yüksəlməyəcək.

 

"Belə halda öskürək artmayacaq və burun-boğazdan selik axmayacaq. Yəni virus orqanizm daxilində çoxalaraq toksin ifraz etməyəcək. Lakin bununla yanaşı, soyuqdəymə və qrip zamanı bol maye içmək lazımdır. Çünki insan tərlədikcə mikrolementlər yuyulub gedir. Ona görə də mineral balansını təmin etmək üçün bol su içmək lazımdır”, - Oleq Abakumov söyləyib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı